Ramil Səfərov gündəmini Cennifer Lopes dəyişdi

Ramil Səfərov gündəmini Cennifer Lopes dəyişdiAvqust ayının son günü 31-də Ramil Səfərovun Azadlığa çıxması ölkə gündəmini dəyişdirdi. O, Macarıstandakı həbsxanadan Bakıya ekstradisiya olundu. Sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun qayıdışına ölkənin bütün təbəqələri reaksiya verdi. Çox az istisnalarla hər kəs bunu müsbət hadisə kimi dəyərləndirdi. Ramil Səfərova 8 il yarım müddətində toplanmış maaşı və ev təqdim edildi. Daha sonra Səfər Əbiyevin sərəncamı ilə Ramilə mayor rütbəsi verildi. Ramil Səfərovun atası Sahib Səfərov qeyd etmişdi ki, Ramilin belə tezliklə gələcəyini gözləmirdi.

Artıq sentyabr ayının son günləri yaxınlaşır. Demək olar ki, Ramil Səfərov məsələsi son 24 gündür gündəmdən düşmür. Ayın ortalarına yaxın gündəmi yeni dərs ili, tıxaclar kimi problemlər tuturdu ki, bu səfər Ramil Səfərov məsələsi başqa cür gündəmə gəldi. 14 sentyabrda Yeni Azərbaycan Partiyasının iqamətgahında 18 siyasi partiya birgə müraciət imzaladı. Sənəd imzalanan gündən gündəm yenidən qızışdı. Xüsusən də müxalifətin ünvanına tənqidlər bir-birinin ardınca dayanmaq bilmədi.
Nəhayət, Cennifer Lopesin Bakıya gəlməsi gündəmi dəyişdi. Artıq Ramil Səfərov məsələsi gündəmdən düşüb, onun yerini Cennifer Lopes əvəz edir. Deyilənə görə, Müsavat Gənclər Təşkilatı növbədənkənar yığıncaq keçirərək, Nigar Yaqublunun həbsiylə bağlı qadınlar arasında dünya çempionatının keçirilməsi ilə əlaqədar FİFA, UEFA-ya və bu çempionatın açılışı münasibətilə Bakıya gələn Cenifer Lopezə müraciət ünvanlayacaq.
Amma indi xəbərlər yayılır ki, nəzərdə tutulmuş müraciətlə bağlı Cennifer Lopez rəsmi açıqlama verib. Bildirib ki, siyasətə heç vaxt qarışmayıb. O, adının siyasi partiyaların işində hallanmasında maraqlı deyil. Belə-belə işlər...
Hə, tam unutmuşdum. Cennifer buradan birbaşa Belarusa yollanacaq. Belarus dedim, yadıma Məzahir Pənahov düşdü. Həə, bizim bu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu deyirəm. Bu yaxınlarda o, Belarus Milli Məclisinin Nümayəndələr Palatasında keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edib. Onun dediyinə görə, Belarus Mərkəzi Seçki Komissiyasının peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. Məntəqələrdəki komissiya üzvləri çox savadlı insanlardır və öz işlərini yaxşı bilirlər".
Hətta Pənahov deyir ki, Belarusda kəndlərdə insanlar məhz vaxtından əvvəl səs verməyə gəlirlər.
Belarusun seçkiləri hansı tələblərə cavab verir bilmirəm, amma dəqiq bilirəm ki, Azərbaycan standartlarına cavab vermir.
Məzahir müəllimin xəbəri yoxdur ki, bizdə insanlar seçkiyə nəyin ki, vaxtından əvvəl hətta lap çox əvvəl qoşulurlar. Bizdə seçilən namizədlər hələ 5-6 il əvvəlcədən məlum olur. Seçicilər öz namizədlərini 5-6 il əvvəlcədən seçirlər. Bunun üçün heç seçki məntəqəsinə də getməyə ehtiyac yoxdur. Seçkinin keçirilməsi, kağız-kuğuz işləri, seçkiyə getmək bizim işimiz deyil. Belarus kimi geridə qalmış ölkələrin işidir.

İndi Cennifer də Belarusa gedir.

deyerler.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7567   Tarix: 25 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774