"DÇ-2012"nin açılış mətbuat konfransı keçirildi (Foto)

Xəbər verdiyimiz kimi, bu gün FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransda FİFA-nın prezidenti Yozef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və FİFA Təşkilat Komitəsinin sədri səlahiyyətlərini icra edən Anastasia Tsichlas iştirak ediblər.

İlk olaraq AFFA prezidenti konfrans iştirakçılarını salamlayıb: "FIFA-nın rəhbərliyinə təşəkkür edirik ki, bizə inandılar və bu çempionatın Azərbaycanda keçirilməsinə razılıq verdilər. Hazırlıq dövründə yüksək səviyyədə işlər görməyə çalışdıq. Artıq iştirakçı komandaların hamısı Azərbaycandadır. Biz də çempionat davam etdiyi dövrdə ölkəmizin qonaqpərvərliyini göstərəcəyik".

FİFA-nın prezidenti Yozef Blatter görülən işlərdən razı qaldığını qeyd edib: "Xoş sözlərə görə AFFA prezidentinə təşəkkür edirəm. Sabah start götürəcək dünya çempionatı böyük tarixi hadisədir. Çempionatın Azərbaycanda keçirilməsi qadın futbolunun inkişafı baxımından əhəmiyyəlidir. Bu dəfə fərqli məkandayıq. Tarixi aspektdən yanaşsaq, Bakı müxtəlif mədəniyyətlərin qovuşağında yerləşir. Futbol hamı üçün açıqdır. Burada müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Dünya çempionatında bütün qitələrdən komandalar var. Azərbaycan çempionatın keçirilməsinə xüsusi səy göstərdi. Ölkə prezidenti cənab İlham Əliyevin qayğısı, himayədarlığı daim hiss olunur. AFFa prezidenti Rövnəq Abdullayev tərəfindən də göstərilən diqqəti qeyd etmək istəyirəm.

Açılış mərasiminin xüsusi əhəmiyyəti var. Təntənəli açılış mərasimi keçiriləcək ki, indiyə qədər bunu heç yerdə izləməmişik. Tədbirdə Cenifer Lopez kimi dünya şöhrətli müğənni iştirak edəcək. Azərbaycanda hər şey yüksək səviyyədə təşkil edilib. Gözəl mühit, şərait yaradılıb. FIFA-nın bütün tələbləri yerinə yetirilib. Maraqlı oyunlar izləyəcəyimizə ümid edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1838   Tarix: 21 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 253
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 425
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 730
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 607
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 336
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 409
.

"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib. "Report" xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib. "Onunl

31.03.2024 349
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26.03.2024 509
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 553