Qəlyan çəkmək

Qəlyan çəkmək Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə ondan İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə bu ölkədə qəlyandan istifadə keçmişdə də dəbdə olub, indi çox populyardır. Bu səbəbdən də çoxları qəlyanın vətəninin Türkiyə olduğunu idda edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.

Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir. Qəlyan üçün ən yaxşı tütün Misir tütün hesab olunur. İlk ətirli tütün istehsalı da Misirə məxsusdur. Qəlyan tütünü keyfiyyətindən asılı olaraq əla, 1-ci və 2-ci növə bölünür.

Bu gün dünyada qəlyanın müxtəlif növlərindən istifadə olunur: meyvəli, meyvəsiz, sulu, quru. Qəlyançəkmə ritualı yarım saatdan bir saata qədər vaxt aparır. Bir sıra ölkələrdə təkcə kişilər deyil, qadınlar da qəlyan çəkirlər. Qəlyandan ən çox istifadə olunduğu ölkələrdən biri İrandır. Məsələn, təkcə Təbriz şəhərində minə yaxın qəlyanxana var. Bu məkanlarda yalnız qəlyan çəkmək və çay içmək olar. Onlarda hətta siqaret belə, qadağan edilib. Qəlyanxanalarda müxtəlif qaydalar hökm sürür. Məsələn, Təbriz qəlyanxanalarında kiminsə kömüründən yandırmaq üçün istifadə etmək həmin adama, boş stəkanın üzərinə nəlbəki qoymaq isə qəlyanxana sahibinə ciddi söyüşdür.

Bakıda qəlyanxanalar olub, indi də var
Livanda isə hər il «qəlyan festifalı» keçirilir. Suriyada qəlyan istehsalı sənayesi güclü inkişaf edib. Bu ölkə hazırda müxtəlif ölçülü, bir-birinə bənzərsiz, ekzotik görünüşlü qəlyanlar ixrac edir. Bəzi Asiya ölkələrində, məsələn, Laosoda həm də narkotik tərkibli bitkilərin tüstüsünü çəkmək üçün qəlyandan istifadə olunur.
Köhnə Bakıda da qəlyan çəkmək adət-ənənəsi mövcud olub. Məsələn qədim İçərişəhərdəki hamamlara müştərilər təkcə çimmək, masaj qəbul etmək üçün deyil, həm də qəlyan çəkmək üçün gələrmişlər.
Son vaxtlar Bakıda qəlyan yenidən dəbə minməyə başlayıb. İndi pataxtımızdakı bəzi kafe və restoranlarda, hamam və saunalarda müştərilərə qəlyan təklif olunur. Müşahidələr göstərir ki, axır vaxtlar Bakıdakı ticarət obyektlərində müxtəlif cür qəlyanların satışı çoxalıb.

Bir saat qəlyan çəkmək 100 ədəd siqaret çəkməyə bərabərdir
Alkoqollu içkilər kimi gün ərzində qəlyandan həddindən artıq istifadə etmək sərxoşluğa, bihuş olmaya gətrib çıxara bilər. Şərqdə qəlyandan istifadə siqaret çəkməkdən daha az zərərli hesab olunsa da, tibbi tədqiqatlar əslində bunun belə olmadığını sübut edib. Alimlərin qənaətinə görə, bir saat qəlyandan istifadə etmək 100 ədəd siqaretin çəkilməsinə bərabərdir. Araşdırmalara görə, siqaret kimi qəlyanın çəkilməsi də ağciyərlərin, ürək-damar sisteminin xəstələnməsinə və həmçinin qorxulu xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına görə, qəlyan tüstüsündə də siqaret tüstüsündə olan qədər karbon qazı, qatran və ağır metallar var. Hətta qəlyan tüstüsündəki zərərli maddələrin miqdarının siqaret tüstüsündəki ilə müqayisədə çox olduğu bildirilir. Həkimlər xəbərdarlıq edirlər ki, siqaret aludəçiləri kimi qəlyan çəkənlər də hepatit və vərəm xəstəliklərinə mübtəla olmaq təhlükəsi ilə də qarşılaşırlar. Bu səbəbdən, həkimlər qəlyan çəkməkdən ayrıla bilməyənləri və bu ziyanlı vərdişin həvəskarlarını heç olmasa birdəfəlik müştüklərdən istifadə etməyə çağırırlar.

Avropada qəlyanxanalar açılır
Avropalı həkimlər qəlyan çəkilməsinin qərb ölkələrində getdikcə daha çox populyarlaşmasından ciddi narahat olmağa başlayıblar. Iş o yerə çatıb ki, hətta Rusiyada da qəlyana maraq artıb. Bu yerdə hamıya tanış olan məşhur "Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir" ifadəsi yada düşür. İndi ona "İvan da qəlyan çəkir" sözlərini əlavə etmək olar.
Son illər qəlyanın ən çox populyarlaşdığı ölkələrdən biri də Almaniyadır. Alman gəncləri qəlyan çəkməyə əyləncə kimi yanaşırlar və bu meyl çox sürətlə artmaqdadır. Almaniyada artıq 300-dən çox qəlyan kafeləri və yaxud da restoranlarda xüsusi qəlyançəkmə otaqları var. Almaniya Xərçəng Xəstəliyi Problemlərinin Tədqiqatı Mərkəzinin məlumata görə, bütün dünyada 100 milyondan çox adam qəlyan çəkmə həvəskarıdır. Bu insanların böyük əksəriyyəti Şimali Afrikada və Cənub-Qərbi Asiyada yaşayır.

Qəlyan çəkmək niyə populyarlaşır?
Tədqiqatçılar tütünün belə ekzotik şəkildə çəkilməsinə həvəsi bir neçə səbəblə izah edirlər. Bildirilir ki, bir çoxlarını meyvə qoxuları ilə rayihələndirilmiş tütünün çəkilməsi cəlb edir. Buraya qəlyançəkmə yerinin adətən qeyri-ordinar şəkildə — çox vaxt klassik orta əsrlər Şərq stilində bəzədilməsini, həmçinin qəlyançəkmə ritualının özünəməxsusluğunu da əlavə etmək olar. Burada qəlyandan istifadənin siqaret çəkməkdən daha az zərərli olması barədə geniş yayılmış fikir də öz rolunu oynayır. Qəlyan həvəskarlarının fikrincə, qəlyanın kolbasında olan mayedən keçən tütün tüstüsü, soyuyur, nəmlənir və rayihələnir. Guya, bu zaman, kolbadakı maye həm də özünəməxsus filtr rolunu oynayır. Belə ki, tütün tüstüsündə olan zərərli qatranların, qarışıqların və külün böyük bir hissəsi suda qalaraq, onun dibinə çökür. Hesab edildiyinə görə, məhz bu, qəlyançəkməni siqaretçəkməyə nisbətən daha təhlükəsiz edir. Amma mütəxəssislərin gəldiyi qənaətə görə, bu fikir tamamilə səhv və əsassızdır.

Mənbə: Kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12230   Tarix: 19 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 371
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 283
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 476
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 339
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 496
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 322
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 243
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

07.04.2024 416
.

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?. "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallar

13.04.2024 273