JaQuel Knight: "Mən Safura üçün çox darıxmışam" (Foto, Müsahibə)

O hazırda dünya şou-biznesində ən çox tələb olunan xoreoqraflardan biridir. Məşhur müğənni Beyonce-un "Single Ladies" və "I Am tour" adlı turnelərində rəqslərə quruluş verən xoreoqraf 2009-cu ildə MTV Video Music Awards-a layiq görülüb. 2010-cu ildə isə JaQuel Knight Eurovison yarışmasında Safura Əlizadənin musiqi nömrəsini hazırlamaqda Azərbaycan komandasına yardımçı oldu. Safura Eurovison səhnəsində "Drip Drop" mahnısını ifa edərkən biz JaQuel Knight-ın xoreoqrafiya sahəsindəki məharətinin canlı şahidi olduq…

Hərəkət… Rəqs… Sizin üçün bunların mənası nədir?
Bütün bunlar mükəmməl forma və ya ifadə tərzidir. Kimisə tanımağın ən gözəl yoludur. Siz hər hansı bir şəxs barəsində onun getdiyi yol və hətta dayandığı nöqtə vasitəsilə çox şey öyrənə bilərsiniz. Rəqs mənim sözlə deyə bilmədiklərimi ifadə etməyə imkan verir.

Bu günə kimi kimlərlə əməkdaşlıq etmisiniz?
Bu günə kimi? Hmmm… Bu hər zaman mənim üçün ən çətin suallardan biri olub! Beyonce, Britney Spears, Nicole Scherzinger, Kelly Rowland, Christina Aguilera, The Dream, Rye-Rye, Neon Hitch, Destinee and Paris. Bu əməkdaşlıq etdiyim insanların sadəcə bir qismidir (gülümsəyir).

"Single ladies" necə ərsəyə gəldi? Mümkünsə, Beyonce ilə işbirliyiniz haqda bir qədər geniş məlumat verin…
"Single ladies" mənə olduqca yaxındır, çünki bu son dərəcə səmimi bir sujetdir və yaşadığım həyatla əlaqəsi var. Rəqs quruluşlarında real həyatdan olan elementlər çoxdur. Və bu elementlər nə qədər çox olarsa, rəqsdən aldığımız təəssürat da bir o qədər böyük olur.

Sizin sevimli musiqi janrınız hansıdır?
Mən bütün musiqi janrlarını sevirəm. Atlanta, Gürcüstanın metro hip-hopundan tutmuş bəzi qədim ənənəvi dövlət musiqilərinə kimi… Eyni zamanda, 90-cı illərin R&B, pop musiqisini də unuda bilmirəm!

Siz çox səyahət etmisiniz, bəs hansı ölkə sizdə daha böyük təəssürat yaradıb?
Ən çox qəlbimə toxunan… Yeni Zellandiya ilə Birləşmiş Krallıq olub. Yeni Zellandiya çox gözəldir! Londonun isə gecə həyatını çox sevirəm!

Dostlarınızın, yaxınlarınızın sənətinizə münasibəti necədir? Nə vaxtsa sizə deməyiblər ki, rəqs hobbidir, daha ciddi işlə məşğul ol?
Bütün ailə üzvlərim sənətimi dəstəkləyir. Onlar üçün işimin ən ağır tərəfi çox səyahət etməyimdir. Hər kəs yaxınları ilə vaxt keçirmək istəyir, amma mən işimlə əlaqədar olaraq bir yerdə uzun müddət qala bilmirəm. Rəqslə məşğul olmağa başlayanda valideynlərim bunu bir az narazılıqla qarşıladılar. Mən tam olaraq bu sənətə yiyələnənə kimi çətinliklər qalırdı. Amma sevdiyim işi öz peşəmə çevirməyi və valideynlərimin dəstəyini qazanmağı bacardım.

Siz Eurovision layihəsində də iştirak edirsiniz və 2010-ci ildə Azərbaycanı bu müsabiqədə təmsil edən Safuranın musiqi nömrəsinə quruluş verdiniz. Bu prosesdə sizə daha çox nə maraqlı idi?
Hər şeydən əvvəl onu deməliyəm ki, mən həqiqətən də Safura üçün darıxmışam! Bu qız superstardır və böyük uğurlara nail olacaq! Onu sevin! Proses olduqca şən keçdi! Onunla görüşənə kimi komandamla birlikdə bir neçə həftə bu layihə üzərində işlədik. O son dərəcə şirin qızdır. Və mən inanırdım ki, Safura Azərbaycanı həqiqətən də yaxşı təmsil edəcək!

Normal konsert və Eurovision müsabiqəsi üçün musiqi nömrəsi hazırlamaq arasındakı fərq nədən ibarətdir?
Adi konsertə hazırlaşan vaxt insanların diqqətini cəlb etmək üçün ən azı 1.5 saat vaxta sahib olursan. Eurovisionda isə bu müddət cəmi 3 dəqiqədir. Siz bacarıqlarınızdan istifadə etməli və ümid etməlisiniz ki, bu musiqi nömrəsini kütləyə sevdirə biləcəksiniz. Bu insanda bir qədər gərginlik yaradır. Axı burda rəqabətdən söhbət gedir.

Gələcəklə bağlı hansı planlarınız var?
Artıq Amerikada yaşamağa başlamışam. Los-Anceleslə Nyu-Yorkun arasında. Bunun üçün 6 ay əziyyət çəkməli oldum. Hazırda Beyonce-un övladını dünyaya gətirəndən sonra səhnəyə qayıdış şouları üzərində işləyirik. Biz həqiqətən də ağır rejimdə çalışırıq və səbirsizliklə bu işi dünyaya təqdim edəcəyimiz günü gözləyirik. Həmçinin, ABŞ-da debüt albomunu buraxmağa hazırlaşan Nicole Scherzinger-lə də çalışıram. Bu işin də rezonans doğuracağını indidən söyləmək olar!

İşləmək arzusunda olduğunuz sənətçi varmı?
Mən yeni ulduz axtarışındayam. İstəyirəm ki, müğənni mahnını yox, mahnı müğənnini məşhurlaşdırsın! Bundan başqa, daha çox kino və televizya üçün çalışmaq arzusundayam. Azərbaycanda kimsə yaradıcı şou-prodüser axtarışında olsa, mənə xəbər verin! (Gülür)

Məktəb yaratmaq istərdinizmi?
Bəli, bir gün bütün incəsənət növləri üzrə böyük bir məktəb açmaq və oxumağa daha az şansı olan uşaqlara yardım etmək istərdim. İndiki nəsil üçün bunun vacib olduğunu düşünürəm.

Bəs planınızda Azərbaycana səfər etmək varmı?
Azərbaycana sevə-sevə gələrdim! Həqiqətən çox təəssüf edirəm ki, hələ də ölkənizdə olmamışam! Hətta bir müddət Azərbaycanda qalıb işləyə də bilərəm. Mən yeni mədəniyyətlərlə tanışlığı sevirəm. Bu mənə ilham verir və yaradıcılığa həvəsləndirir!

JaQuel Knight: JaQuel Knight: JaQuel Knight: JaQuel Knight:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 8136   Tarix: 17 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296