Sevin, doğrudan da, hər şeyin əvvəli sevgidir

Sevin, doğrudan da, hər şeyin əvvəli sevgidirHəyat – onunla bağlı planlar quran vaxt yanımızdan ötüb gedəndir.

Mən həqiqətən sevginin bizi xilas edəcəyini düşünürəm, hələ də yeganə ehtiyacımız sevgidir.

İstedad – uğura inanmaq bacarığıdır. "İstedadımı birdən kəşf etdim" söhbəti yalandır. Mən sadəcə, işlədim.

Uşaq olanda anam mənə xoşbəxtliyin həyatın yeganə açarı olduğunu deyərdi. Məktəbə gedəndə mənə "Böyüyəndə nə olmaq istəyirsən" soruşdular. Dedim ki, xoşbəxt olmaq istəyirəm. Onlar mənə sualı başa düşmədiyimi dedilər. Mənsə onların həyatı başa düşmədiklərini dedim.

"Böyük ehtimalla dəlinin biri öldürəcək məni" (1960-cı ildə necə öləcəyi barədə suala bu cavabı verib. Həqiqətən də dediyi düz çıxıb).

12 yaşımda dahi olduğumu və heç kimin bunun fərqinə varmadığını düşünürdüm. Əgər dahi deyə bir şey varsa, onlardan biri mənəm, əgər yoxdursa, onda heç vecimə deyil.

Əslində elə bir iddiamız yoxdur. Sadəcə, mahnı oxuyub əylənirik.

Bütün siyasətçilər Pyer Trüdo (Kanadanın eks baş naziri – red.) kimi olsaydı, dünyada sülh yaranardı.

Sevin, doğrudan da, hər şeyin əvvəli sevgidir.

Əgər hamı başqa bir televizor əvəzinə sülh istəsəydi, indi sülh içində yaşayardıq.

Ucuz biletləri olanlar, əllərinizi bir-birinə vura bilərsiniz? Onlardan başqa hamı zinət əşyalarını cingildətsin. (1963-cü ildə Kraliça Elizabet və Şahzadə Marqaretin də qatıldığı konsertindən).

Antik dövrlərdə doğulsaydım, Romada yaşayardım. Başqa harda yaşamaq olar ki? İndi Amerika - Antik Roma, Nyu-York da Romadır.

Elvisə qədər mənə heç nə təsir etməmişdi. Ondan əvvəl heç nə yox idi.

Ciddiyə almamaq siyasətimizin bir parçasıdır, çünki aydın məsələdir ki qarşımızdakı şəxs zarafatımızı qəbul edə bilmir. Biz gülməliyik, bizim Yoko və Conuq, Martin Lüter Kinq, Kennedi və Qandi kimi ciddi insanlardan daha çox imkanımız var, çünki onların hamısı öldürülüb.

Gözü bağlı yaşamaq daha asandır; gördüklərini anlamırsan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7320   Tarix: 03 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti