"Neftçi" Avropa Liqasının qrup mərhələsində (Xəbər yeniləndi)

Dünən Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib.

Bu mərhələdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandasının qonağı olub.

Bakıda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz Nikosiyada aydınlıq gələcəkdi. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da ən azı 2:2 (3:3 və s.) hesablı heç-heçəyə nail olmalı idi.

Lakin səfərdə 3:1 hesabı ilə qələbə qazanan Böyükağa Hacıyevin komandası tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Qeyd edək ki, APOEL - "Neftçi" görüşü bu axşam, Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

Avropa Liqasının play-off mərhələsinin cavab görüşü

22:00. APOEL (Kipr) - "Neftçi" (AZƏRBAYCAN) - 1:3

İlk oyun - 1:1

Qollar: Cavid İmamverdiyev, 22 (0:1), Julius Vobay, 30 (0:2), Selim Benaçour, 44 (1:2), Flavinyo, 59 (1:3)

Xatırladaq ki, bu gün edilən seçimdə Neftçinin qrupdakı rəqibləri bəlli oldu. Bunlar "İnter" (İtaliya)"Rubin" (Rusiya)"Partizan" (Serbiya).

Avropa Liqasının pley-off mərhələsində yarışacaq "Neftçi"nin oyunlarının vaxtı bəlli olub. Bu haqda Qol.Az-a klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamendən məlumat verilib.

Bildirilib ki, "Neftçi"nin iştirakı ilə oyunlar aşağıdakı tarixlərdə baş tutacaq:

20 sentyabr. "Partizan" (Serbiya) – "Neftçi"
4 oktyabr. "Neftçi" – "İnter" (İtaliya)
25 oktyabr. "Rubin" (Rusiya) - "Neftçi"
8 noyabr. "Neftçi" – "Rubin"
22 noyabr. "Neftçi" – Partizan"
6 dekabr. "İnter" – "Neftçi"

"Neftçi"dən həmçinin bildirilib ki, AFFA qızlar arasında ölkəmizdə keçiriləcək dünya çempionatı ilə əlaqədar Azərbaycan təmsilçisinin ikinci oyunun – "İnter"lə qarşılaşmasının da səfərdə baş tutması üçün müraciət edib.

Hələlik UEFA bununla bağlı mövqe açıqlamayıb.

APOEL (Kipr) - "Neftçi" (AZƏRBAYCAN) - 1:3


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5775   Tarix: 31 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850