Donuz qripi

Donuz qripiSon vaxtlar mövsüm dəyişikliyi ilə əlaqədar infeksion xəstəliklər də artır.

Hazırda bu xəstəliklərin ən təhlükəlisi və ən tez yayılanı isə A/H1N1 ("donuz qripi") virusudur. İnfeksion xəstəliklərdən qorunmağın bir yolu da qəbul etdiyimiz qidalardan asılıdır. Mütəxəssislər düzgün qidalanmaqla bütün infeksion xəstəliklərdən, o cümlədən A/H1N1 virusundan qorunmağın mümkün olduğunu bildirirlər.

İstanbuldakı Memorial Tibb Mərkəzinin mütəxəssisi Şəfiqə Aydın Səlçuq bədənin immunitetinin artırılması üçün düzgün qidalanmağın vacib olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, A, C, E vitaminləri, selenium, maqnezium kimi minerallar, omeqa - 3 və omeqa - 9 yağları immuniteti artırır. Həmçinin, ət, süd, meyvə-tərəvəz, dənli bitkilər gün ərsində mütləq qəbul edilməlidir.

Donuz qripi- A vitamini orqanizmi infeksiyadan qoruyur. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, həmçinin, narıncı, yaşıl meyvə tərəvəzlərdə A vitamini var.

- C vitamini immuniteti artırır, bədəni gücləndirir. Yaşıl bibər, itburnu, gül kələmi, ispanaq, portağal, limon, mandarin həm də C vitamini baxımından zəngindir. Tərəvəzlərdən hazırlanan salatlar saxlanmamalı, dərhal yeyilməlidir.

- E vitamini də orqanizmi müdafiə edir. Fındıq, qoz, badam, dənli bitkilər, yaşıl yarpaqlı tərəvəzlər, E vitamini ilə zəngindir. Həmçinin, balıq yağı, badam yağı, küncüd yağı, fındıq yağı, zeytun yağı da bu qəbildən olan qidalardır.

- Orqanizmdə sink çatışmazlığı immuniteti azaldır, infeksion xəstəliklərə yol açır. Qırmızı ət, qabıqlı dəniz məhsulları, heyvan qaraciyəri tərkibində sink olan qidalardır. Bu məhsullar olmasa, fındıq, qoz və püstə kimi çərəzlər, süd, pendir və dənli bitkilərdən əvəzedici kimi istifadə etmək olar.

- Bakteriyalara qarşı mübarizə aparan qida məhsullarının arasında qatıq və kefir də var. Bütün öynələrdə bu süd məhsullarının qəbul olunması vacibdir. Kefir eyni zamanda orqanizmdə xoş və ya bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır, yaranan şişlərin əriməsinə kömək edir.

- Səhər yeməklərində 1 çay qaşığı bal və ya limonlu-ballı ilıq çay çox faydalıdır. Bal ağız və bronxlardakı infeksiyaların qarşısını alır. Balın anti-mikrob təsiri mövcuddur.

Donuz qripi- Sarımsaqdan da infeksion xəstəliklərə qarşı təbii dərman kimi istifadə olunur. Sarımsağın tərkibində A və C vitaminləri ilə yanaşı, az miqdarda kalsium, maqnezium, sodium, dəmir və B kompleks vitaminləri var.

- A, C, K vitamini baxımından zəngin olan cəfərinin isə bütün yemək və salatlarda istifadəsi məsləhət görülür. 1 dəstə cəfəri insanın 1 günlük C vitamini ehtiyacını qarşılayır. Bu baxımdan salatlara çiy cəfəri qarışdırmaq və yemək bişəndən sonra üstünə cəfəri doğramaq lazımdır.

- Narın tək suyunu yox, toxumunu da qəbul etmək məsləhət görülür. Ərik qurusunu isə yemək aralarında yemək xeyirlidir.
Bütün dünyada ən çox yeyilən 26 meyvə arasında vitaminlə ən zəngin olan meyvə kividir. Kivinin 100 qramında təxminən 100-400mg C vitamini var. Meyvənin tərkibi digər vitamin və minerallarla da zəngindir.

- Bitki çaylarına gəlincə, bu mayenin qəbul edilməsini bütün mütəxəssislər tövsiyə edir. İtburnu, böyürtkən, ihlamur və digər bitkilərdən çay dəmləyərək limonla içmək çox faydalıdır.

Donuz qripiSağlam olmaq, infeksion xəstəliklərdən qorunmaq üçün menyunuzdan sadalanan qidaları əskik etməyin!

"Donuz qripi"nin əlamətləri….

Virus nəfəs vasitəsi ilə burun və boğazdan ciyərlərə keçir

Uzun müddət dünyanı səksəkədə saxlayan, "donuz qripi" adı ilə tanınan AH1N1 virusu Azərbaycanda da tapılıb. Artıq Bakı və Gəncə şəhərlərinin hər birində bir sakinin bu virusa yoluxduğunu Səhiyyə Nazirliyi də təsdiqləyib.

Bəs, "donuz qripi"nin əlamətləri nədir? Bu virus özünü hansı formada göstərir?

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov virusun əlamətlərini belə sıralayır:

- yüksək hərarət;

- öskürmə;

- boğaz və baş ağrıları;

- halsızlıq;

- qusma.

Ş.Qurbanovun sözlərinə görə, bu əlamətlər virusa yoluxduqdan 3 və ya 5 gün sonra özünü büruzə verir.

Şair Qurbanov deyib ki, virus nəfəs vasitəsi ilə burun və boğazdan ciyərlərə keçir. Bu səbəbdən virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək, çoxlu miqdarda su qəbul etmək, meyvə şirələri və duru yeməklərdən bacardıqca çox istifadə etmək məsləhət görülür.

Donuz qripi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5494   Tarix: 08 noyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 193
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 487
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1596
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 420
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 195
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 434
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 161
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 684
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 666