"Coca-Cola" içkinin zərərini gizlətmək üçün alimlərə "haqq" ödəyirmiş – Ağır ittiham

"Coca-Cola" içkinin zərərini gizlətmək üçün alimlərə "haqq" ödəyirmiş – Ağır ittihamFransanın "Le Monde" qəzeti çox maraqlı araşdırma dərc edib. Qəzet yazıb ki, "Coca-Cola" şirkəti tibb işçilərini və tədqiqatçıları içkinin sağlamlıq üçün yaratdığı risklərə göz yumması üçün maliyyələşdirir.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, "Coca-Cola" 2010-ci ildən bəri bu məqsədlə 8 milyon avro xərcləyib. Məqalədə yazılıb: "Ağlasağmaz məbləğlər. Ələ keçməyən müətəxəssislər. Yayımlanmamış nəticələr. Marketinq əməliyyatları tədqiqat adı ilə gizlədilib. Fransız tibbinin tanınmış şəxslərinin idarə etdiyi, açıq-aydın muzdlu məqsədləri olan "institut"".

Müəllif Stefan Orel yazır ki, hələ 2015-ci ildə "The New York Times" "Coca-Cola"nın əməllərini ifşa edən məqalə hazırlayıbmış. Yazı "Global Energy Balance Network" (Qlobal Enerji Balansı Şəbəkəsi) təşkilatının içki şirkəti ilə əməkdaşlığından doğan saxtakarlığını üzə çıxarmışdı. Təşkilat əsasən sağlamlıq problemlərində fikir yayındırmaqla məşğul imiş. Əsas diqqət məqsədli şəkildə artıq çəkiyə yönəldilir, bunun yaratdığı səbəblərdən danışılmır. Bu şəbəkə həqiqətin gizlədilməsi üçün böyük işlər görürmüş. Məsələn, elmi konfranslarda mütəxəssislərin əvvəldən hazırlanmış formada çıxışını, jurnallarda xüsusi materialların yerləşdirilməsini təşkil edirmiş.

"The New York Times" qəzetinin yazısı böyük səs-küy doğurmuşdu. Onda "Coca-Cola"nın baş direktoru şəxsən özü şirkətin ayırdığı maliyyənin şəffaflığına təminatına zəmanət vermişdi. Bundan sonra şirkətin rəsmi saytı da daha şəffaf informasiyalar paylaşmağa başlamışdı.

"Coca-Cola"nı Fransada bir çox məlumatları yaymağa "Foodwatch" qeyri-hökumət təşkilatı məcbur etmişdi. Elə "Le Monde"nin yazısında da 2016-cı ildə yayılan məlumatlardan istifadə olunub.

Müəllif qeyd edir ki, elmi işlər üçün nəzərdə tutulan 8 milyon avro ayrı-ayrı mütəxəssislərə, tibb, idman təşkilatlarına sərf edilib. Bu saxtakarlıqda hətta dietoloqların da iştirakı olub.

Məqalədə bildirilir ki, xərclərin 30 faizi (2,4 milyon avro) "elmi-tədqiqat" işlərinə gedib. Ən çox "CreaBio"ya pul ayrılıb (930 min avro). Adını da "intensiv dad vericilərin öyrənilməsi mövzusunda araşdırma layihəsi" qoyublar.

"Coca-Cola"dan maliyyə almaq baxımından ikinci yerdə fiziologiya sahəsində Avropa ekspertiza institutu (IEEP) gedir. Bu təşkilat 2010-2014-cü illlərdə 720 min avro alıb. İnstitut da öz növbəsində keçən il qazlı içkilərin insulin həssaslığına, qanda şəkər miqdarının artmasına heç bir təsiri olmaması haqda məqalə nəşr etdirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1034   Tarix: 10 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693