Bakıda market sahibini amansızlıqla öldürdülər – ŞOK FAKTLAR

Bakıda market sahibini amansızlıqla öldürdülər – ŞOK FAKTLARKeçən ilin yanvar ayında Bakının Bilgəh qəsəbəsində market sahibini öldürən 1997-ci il təvəllüdlü Əlizadə Əmrah Xanlar oğlu Ali Məhkəməyə müraciət edib.

BiG.AZ-ın news24.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 126.3-cü, yəni, qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqd maddəsi ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Əmrah apelyasiya instansiyasından sonra kasasiya şikayəti verib. O, Ali Məhkəmədən işə yenidən baxmasını xahiş edib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il yanvarın 7-də Bilgəh qəsəbəsindən bir nəfərin bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə Sabunçu RPİ-yə məlumat verilib.

Xəsarət almış Hacıbaba Məmmədov (1964-cü il təv.) əməliyyata hazırlandığına görə həkimlər onun dindirilməsinin mümkün olmadığını bildiriblər. Hadisənin baş verdiyi Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən ərzaq malları mağazasına baxış keçirilib.
Dükanda müxtəlif yerlərdə qan ləkələri, həmçinin üç ədəd bıçaqlar aşkar edilib. Faktla bağlı ertəsi gün CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin tarixdə zərərçəkmişə xəsarət yetirmiş Əmrah Əlizadə 14-cü polis bölməsinə gələrək təslim olub.

Yanvarın 11-də, yəni ölümündən əvvəl zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıbaba Məmmədov suallara çətinliklə də olsa, cavab verib. Bildirib ki, ayın 7-də aralarında pulla bağlı mübahisə yaranıb, borcunu qaytaracağını söz verən Əmrah bunun əvəzinə bıçaqla onu vurub.
Bundan sonra heç nə yadında qalmayıb, xəstəxanada özünə gəlib. Hadisə zamanı mağazada ondan və Əmrahdan başqa heç kəs olmayıb. Müəyyən müddətdən sonra zərərçəkmiş xəstəxanadan özəl klinikaların birinə köçürülüb və yanvarın 20-də orada keçinib. Bununla əlaqədar cinayət işi aidiyyəti üzrə prokurorluğa göndərilib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, H.Məmmədovun ölümünə deşilmiş-kəsilmiş yara ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün yanvarın 7-si, saat 23:00 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib. Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib.

Buna görə Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, sonuncu kəsici aləti əlindən vurub yerə saldıqdan sonra özü mağazasında olan təsərrüfat təyinatlı bıçaqla onun əynində olan gödəkcənin üst qatını zədələyən dörd ədəd kəsik yetirib.
Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada yerdə olan daha bir bıçağı götürərək onunla Məmmədovun sifətinə və baş nahiyyəsinə zərbələr endirib. Yalnız bundan sonra əlbəyaxa davaları dayanıb.

Əlizadə bıçağı yerə ataraq, mağazanı tərk edib, zərərçəkmiş isə dizi üstə çökərək mağazanın giriş qapısından tutub, hadisə yerinə oğlu və arvadı gələnə kimi bu vəziyyətdə qalıb.

İbtidai araşdırma orqanı Əmrah Əlizadənin əməlini CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Məhkəmə prosesində Əmrah Əlizadə ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmişin hüquqi varisi Gülnarə Məmmədova təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hesab edib ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olmayaraq CM-nin 120.2.4-cü maddəsinə tövsif edib. Məhkəmə nəticəyə gəlib ki, Əmrah Əlizadənin əməli yalnız CM-nin 126.3-cü maddəsinə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.

Məhkəmənin hökmü ilə Ə.Əlizadə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işin materiallarını araşdıraraq, protesti və şikayətləri təmin etməyib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275