Keçmiş arvadını sevgilisiylə tutdu: "Əxlaqsızlıq edirdi, həzm edə bilmədim"

Keçmiş arvadını sevgilisiylə tutdu: "Əxlaqsızlıq edirdi, həzm edə bilmədim"Bakıda keçmiş arvadını qısqanclıq zəmində qətlə yetirməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin məhkəməsi keçirilib.

İttihama əsasən Rəşad İbrahimzadə keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı əxlaqsız həyat tərzi keçirdiyi, başqa kişilərlə görüşdüyü üçün öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını izləyərək Emil Əliyev adlı şəxslə görüşüdüyü görüb. R. İbrahimzadə Z. İbrahimovanı öldürüb, E. Əliyevi isə öldürməyə cəhd edib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Zəhra İbrahimova ilə birgə nikahdan 3 azyaşlı övladı var: "2018-ci ilin may ayında Kəpəz Rayon Məhkəməsində Zəhra ilə boşandıq. Boşansaq da, ailəmdən hər zaman xəbər alırdım. Çünki uşaqlarımız vardı. Lakin Zəhra ilə bağlı qulağıma yaxşı sözlər çatmırdı. Başqa kişilərlə oturub-durduğunu eşidirdim. Əxlaqsız həyat tərzi seçmişdi. Bunu həzm edə bilmədim. Onu izləmək qərarına gəldim. Mayın 3-də işimi-gücümü atıb Zəhranın dalına düşdüm. Səhər saat 9 radalərində "Gənclik" metrosunun yanında 199 nömrəli avtobusa mindiyini görüb, taksi ilə onu izləməyə keçdim. "Yaşıl bazar"ın qarşısında avtobusdan düşdü. Oradan "Atlas" klinikasının qarşısına gəldi. Bu zaman sonradan adını bildiyim Emil adlı şəxslə səmimi görüşdü. Aralarında isti münasibət olduğunu hiss etdim. Birlikdə getməyə başladılar. Bundan qıcıqlandım. Özümlə gətirdiyim bıçaqla onların üzərinə getdim. Zəhra məni görən kimi Emilin qabağına keçdi. Birinci Zəhraya bir neçə bıçaq zərbəsi vurdum. Zəhra yerə yıxıldı, dalınca Emili bıçaqladım. O yerə yıxıldı. Bir qədər orda durdum, özümə gələn kimi hadisə yerindən qaçdım".

Təqsirləndirilən şəxs deyib ki, keçmiş arvadının bu cür həyat tərz keçirməsini qəbul edə bilməyib: "Həzm edə bilməzdim, o mənim keçmiş həyat yoldaşım həm də uşaqlarımın anasıydı. Həmin an özümdə deyildim. Gözüm heç nə görmürdü".

R. İbrahimzadə polisə özü təslim olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Emil Əliyev deyib ki, Zəhra İbrahimova ilə tanış olduqdan sonra onla isti münasibətləri olub: "Tez-tez görüşürdük. Aramızda yaxşı münasibət olub. Hadisədən iki gün əvvəl Zəhra ilə dalaşmışdıq. Çünki "İnstagram"da başqa qızlarla şəklimi görmüşdü. Sonra görüşüb, özümü ona bağışlatdırmışdım. Zəhra iş axtarırdı. Mən də ona uyğun iş tapdım. Zəng elədim, onu görüşə çağırdım. Özüm də "Şərq bazarı" tərəfdə işlədiyimdən Zəhranı ora çağırdım. Səhər saatlarıydı. Zəhra ilə bankın yanında görüşdük. Birlikdə gedən zaman ona zəng gəldi. Zəhra hündür səslə "sənə deyirəm ki, işdəyəm" və "sən yenə dəlimi oldun" sözlərini dedi. Zəhradan kimlə danışdığını soruşdum, dedi, keçmiş əridir".

Zərərçəkən qeyd edib ki, zəngdən heç bir dəqiqə keçməmiş Zəhra geriyə dönərək keçmiş ərinin arxasınca gəldiyini deyib: "Çöndüm baxdım ki, Rəşad əlində bıçaqla bizim üstümüzə gəlir. Biz gözlədik. Rəşad Zəhranın üzərinə hücum çəkdi. Zəhranı qorumaq istədim, gördüm bıçaqla məni vurmaq istəyir. Qaçmağa başladım. Birdən arxaya çevrildim ki, Rəşad dayanmadan Zəhraya bıçaq zərbələri vurur. Ayırmaq məqsədilə Rəşadın üstünü getdim. Bu zaman ayağım ilişdi, yerə yıxıldım. Rəşad yıxıldığımı görüb üstümə cumdu, qarın və ayaq nahiyyəmdən məni bıçaqladı. Özümdən getdim. Rəşad öldüyümü zənn edib qaçdı. Gözümü açdım ki, ətrafdakıları Zəhranı klinikaya aparır. Özüm də birtəhər sürünə-sürünə xəstəxanaya girdim. Gördüm, həkimlərin səyinə baxmayaraq Zəhra öldü. Bir qədər sonra Təcili Tibbi Yardım briqadası gəlib məni Kliniki Tibbi Mərkəzə apardı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İbrahimzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

/bakupost.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 961   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133