Rüfət Axundov və Rəşad İlyasovun niyyəti GERÇƏKLƏŞMƏDİ

Rüfət Axundov və Rəşad İlyasovun niyyəti GERÇƏKLƏŞMƏDİ"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.

Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.

Qeyd edək ki, xüsusi ittihamçı olan vətəndaş Rahim Sadıqlının nümayəndəsi bundan əvvəl keçirilən prosesdə qeyd edib ki, "Space TV"də "Hər səhər" verilişində qeyri-etik ifadələr səsləndirilib. O, hər iki şəxsin cinayət məsluliyyətinə cəlb edilməsini və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.

Aprelin 5-də "Space TV"-də "Hər səhər" verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1074   Tarix: 08 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207